image-nazir1631087741backend

Yeni nazir kollektivə təqdim olundu

image-reklam_sirab_01

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

Veteninfo.az Trend-ə istinadən məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov dövlət başçısı tərəfindən videoformatda qəbul olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki