image-f6d147d9-ab64-4693-a18b-b29c211d22c7backend

Yevlaxda “Narkomaniya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

image-reklam_sirab_01

Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şəhər Mərkəzi Elektron Kitabxanasında 9 saylı tam orta məktəbinin şagirdləri üçün “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova şagirdlərə tövsiyyələr verdi, hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırdı. Həmçinin qeyd etdi ki, böyüməkdə olan gənc nəsil arasında narkomaniya ilə mübarizə işi daha da güclənir. Respublikamızda bu problemin həlli ümumdövlət vəzifəsi hesab edilir. Bu sahədə müxtəlif istiqamətli işlər aparılır, aidiyyati dövlət orqanları arasında qarşılıqlı əlaqələr təşkil edilir və bu işə nəzarət mexanizmi yüksək səviyyədə həyata keçirilir. O həmçinin narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.

Yevlax RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev çıxış edərək Respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açdı, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini verdi.Bildirdi ki,müasir dövrdə cəmiyyətimizi narahat edən ciddi problemlər içərisində ən mürəkkəbi, narkomaniyadır. Bu səbəbdən, narkomaniya ilə mübarizə ciddi şəkil almazsa, bu, istənilən ölkədə ictimai fəlakətə səbəb ola bilər. Ən acınacaqlı hallardan biridir ki, gənclər və yeniyetmələr arasında da narkotiklərə aludəçilik hallarının geniş yayılması təhlükəsi həmişə öz mövcudluğunu qoruyub saxlamaqdadır. Ölkəmizdə bu sahədə maarifləndirmə işi böyük vüsət almışdır. Yevlax rayon Polis Şöbəsinin rəhbərliyi və məsul şəxsləri mütəmadi olaraq təhsil ocaqlarında olur, müəllim və şagirdlərlə görüşlər keçirir, bu sahə ilə bağlı söhbətlər aparırlar.

Yevlax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emil Qurbanov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də onların öz ailələrinə, cəmiyyətə vurduğu zərbələrdən danışıb. Şagirdlərə bu kimi zərərli vərdişlərdən uzaq olmaq, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etmək, layiqli vətəndaş kimi yaşamaq tövsiyə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

image-f6d147d9-ab64-4693-a18b-b29c211d22c7 image-f4851401-d717-48c4-ab2b-e2a96502c092 image-a38475e9-30ce-4dd4-8aa0-18002fb6954e image-4063627f-5bde-4d18-8f7c-1b02f9f335e2

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki