image-yyybackend

Yunanıstanın Baş naziri: “Türkiyə ilə razılaşmaq bizim üçün  vacibdir”

image-reklam_sirab_01

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə ilə Yunanıstan arasında dialoq kanallarının açıq olmasının vacib olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Miçotakis bu il 87-ci Beynəlxalq Səlanik Sərgisi çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə ilə Yunanıstan arasında olan fikir ayrılıqlarına toxunan Miçotakis deyib:

“Hesab edirəm ki, Türkiyə ilə bütün səviyyələrdə dialoq kanallarının yenidən açılması son dərəcə müsbətdir”.

Miçotakis prezident Rəcəb Tayyib Ərdoğanla rəhbərlik səviyyəsində görüşdən əlavə, nazirlər və nazir müavinləri arasında keçirilən görüşlərin də əhəmiyyətli olduğunu, etimad tədbirlərinin və müsbət gündəmin müzakirəsinin ikitərəfli əlaqələr üçün faydalı olduğunu bildirərək deyib ki, keçmişdən gələn problemlərin birdən-birə həllini gözləməyək, amma fikir ayrılığı olanda razılaşaq ki, nəyi mədəni şəkildə ortaya qoyaq və radikal diskurslara yol verməyək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki