image-343034ab-2339-328d-b145-e922315fd9a6_850backend

Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub

image-reklam_sirab_01

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Veteninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.image-1d34a7c0-0709-3565-bdb1-479e4282cc69 image-2f7e2a89-7a31-38e2-a4a0-6c04ab80802e image-5c6ea9c0-0e7e-3039-8187-c52aa24543a9 image-82a7ae1a-0102-3862-8af7-b02af88986ee image-bbae1b87-4d85-3ad6-95f2-9c75eec5e95a image-bc97cb14-91c1-3f76-aef6-b3d63b21ed36 image-f35ab36c-125d-35a6-822d-fbdb63fafe57


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki