image-whatsapp-image-2021-08-19-at-15-49-12backend

Zəfərin nidası-Kəlbəcər və Laçın səfəri!

image-reklam_sirab_01

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Kəlbəcər və Laçına səfər böyük qələbənin nidasıdır.
Azərbaycanın dövlət başçısının Kəlbəcərdə, Laçında çıxışları, verdiyi ismarıclar məhz müzəffər ordunun Ali Baş Komandanının çıxışı, ismarıcıydı. Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşmiş “sülhməramlıları”na rəsmi xəbərarlığından və Xarici İşlər Nazirliyimizin İran səfirini çağırıb, “nota” təqdim etməsindən, üstəlik, Prezidentin “CNN Türk”ə hadisə müsahibəsindən sonra Kəlbəcər-Laçın səfəri və orada səsləndirilən fikirlər lap yerinə düşdü. Prezident bölgədə hazırkı hərbi-siyasi durumu dəqiq qiymətləndirdi, məğlubiyyətə məhkum Ermənistana və onun ziyanlı havadarlarına ünvanlanmış ismarıcları dövlətimizin əldə etdiyi nəticələri, malik olduğumuz gücü və gələcəkyönümlü planlarımızı ifadə edir. Bu planların detalları tam olaraq açılmasa da, hədəf, yön, yol aydındır: Azərbaycan öz haqq-hüquqlarını bir kimsəyə güzəştə getməyəcək, haqq etdiklərimizi sökə-sökə alacağıq. Haqqımıza girənlərin cəzası ağır olacaq! Və tikəcək, quracaq, xarüqələr yaradacağıq!
Kəlbəcər və Laçın Azərbaycan tarixində, mədəniyyətində, siyasi və iqtisadi həyatında mühüm yerə malikdir. Bu cür çətin relyefdə quruculuq işləri aparmaqsa, bizim üçün böyük fəxrdir. Torpaq insanı vasitəsilə bar verər, cənnətə dönər. Qarabağ da yenidən öz insanının ağuşundadır. Buranı yenidən cənnət məkan Qarabağ adlandıra bilmək üçün uzun, lakin bir o qədər sevgi dolu yol bizi gözləyir. Kəlbəcər, Laçın 90-cı illərdəki Kəlbəcər, Laçın deyil! Talanmış ola bi¬lərlər, ancaq siyasi iradə, hərbi güc, dövlət-xalq birliyi dövlət sərhəd¬lərinin etibarlı qorunmasını təmin etmək gücündədir. Qarabağda məskun-laşmış ermənilərinsə tək bir yolu var: ağlını başına toplayıb, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, sakit yaşamaq! Əks təqdirdə: separatçılıq, oyun oynamaq, onların həyatını qaraldacaq, bir də Azərbaycan üzü görməyəcəklər.
Düşmən keçmişdən dərs almalıdır. Düşmən gələcəyini düşünürsə, islah olmalıdır. Artıq onlara güzəştə gedilməyəcək. Çünki biz əvvəlki illərdə olduğu kimi təcrübəsiz deyilik. Aldığımız yaralar bizə təcrübə olmuşdur və bu acı təcrübə bizdən 30 il almışdır. Bu 30 ilin əvəzini erməni xalqı heç cür ödəyə bilməz. Buna görə də yenidən baş qaldırmaq arzusu onların məhvinə səbəb olacaqdır.
Əsas məsələlərdən biri də işğal dövründə ölkəmizin təbii sərvətlərini, o cümlədən qızılımızı talayan xarici şirkətlərin cinayətləri, bu sırada ekoloji cinayətləri barədə Prezidentin təsbitləri və yol xəritəmizi göstərməsi də Kəlbəcər-Laçın açıqlamalarının ən təsirli məqamları sırasındadır: “bu şirkətlərin iki yolu var – ya təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə veriləcəklər”.
Və sonda: “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”! “Biz harada lazım bilsək, orada da duracağıq”! “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar” söyləyən Prezidenti gələcək hədəflərimizi də bildirdi.
Prezident daha bir mühüm məsələyə toxunub: “Göyçəyə qayıdış bir sonrakı mərhələdə gerçəkləşəcək (inşallah), hələliksə, yalnız mənən deyil, dünya birliyinin qəbul etdiyi hüquqlarla da bizim olan – işğaldan azad etdiyimiz Zəngilanda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək! – Ağılsız Ermənistanın talan etdiyi yerlərdə ağıllı kəndlər möcüzəvi sayılacaq qədər qısa müddət içində salınıb, qurulub, tikilib!”
Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Şəmilova Dünya Mərdan

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki