image-ab604130-5c29-32a6-8461-8c2ef4459b1e_850backend

Zelenski NATO-nu Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırıb

image-reklam_sirab_01

NATO Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməlidir”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyadakı Lou İnstitutunda videokonfransda çıxışı zamanı bildirib.

Onun fikrincə, NATO Rusiyanın nüvə zərbələrini gözləməməlidir.

“NATO nə etməlidir? Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını aradan qaldırmalıdır. Qabaqlayıcı zərbələr endirməlidir ki, nüvə silahından istifadə etsələr, başlarına nə gələcəyini bilsinlər”, – Zelenski deyib.

Bundan əvvəl Ukrayna dövlət başçısı vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin münaqişədə nüvə silahından istifadə etməyəcək, çünki bu, onun həyatı üçün təhlükə yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki