image-05abackend

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

image-reklam_sirab_01

1990-cı illərin əvvəlində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki demokratik islahatlardan, yaxud yüksək hüquqi pilləyə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığının qorunması sual altında qalmışdı. Hərtərəfli demokratik islahatların həyata keçirilməsi kompleks keçid prosesini tələb edirdi. 1993-cü ildə Azərbaycanda ciddi vətəndaş qarşıdurması yaranmışdı. Bu qarşıdurmanın tez bir zamanda genişlənməsinin isə bir sıra amilləri movcud idi.
Məhz belə bir məqamda 1993-cü ildə, ictimai-siyasi durumun mürəkkəb şəraitə yetişdiyi zamanda Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Milli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsinihər bir zaman proitet istiqamət kimi diqqətində saxlayırdı.
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır .
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev 70-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi zamandan dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmiş, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə hər bir zaman böyük həssaslıqla yanaşır və onun dediyi kimi – “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”

Könül Əfəndiyeva – YAP üzvü

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki