image-05backend

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat

image-reklam_sirab_01

27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusunun mövqeləri  növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutuldu.                                                      Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev  Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusuna bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına  başlaması barədə əmr  verdi. Bu döyüşlərdə Azərbaycan ordusu böyük əzmkarlıq və qəhramanlıq göstərərək az bir müddətdə böyük irəliləyişlər əldə etdilər. Şanlı tariximizə “44 günlük müharibə” kimi düşən Vətən Müharibəsinin hər günü yeni ərazilərimizin işğaldan azad olunması, düşmənin böyük itkilər verərək geri çəkilməsi ilə müşahidə olundu.

Azərbaycan ordusu bir birinin ardınca rayon və kəndlərimizi düşmən işğalından azad edir və düşmənə sarsıdıcı zərbə vururdu. 8 noyabr 2020-ci ildə Şuşanın işğalçılardan azad edilməsi düşməni çıxılmaz vəziyyətdə qoydu və Rusiya, Azərbaycan, Ermənistanın iştirakı ilə  10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat  imzalandı. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi . Bu  Bəyanat uzun illər davam edən işğala son qoydu. 10 noyabr  bəyənatın imzalanması ilə münaqişənin hərbi mərhələsi sona çatdı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən öz əsl sahiblərinə qaytarıldı. Üçtərəfli Bəyanat  Azərbaycan Respublikasının bütün maraqlarını təmin edir.

Azərbaycan xalqı 44 günlük müharibədə böyük birlik və həmrəylik nümayiş etdirərək, öz Ordusunun və Ali baş Komandanının ətrafında six birləşərək bütün dünyaya Azərbaycan xalqının əzmini və gücünü nümayiş etdirdi.Bu müharibədə düşmən ordusu darmadağın edildi.Azərbaycan döyüş meydanında qazandığı böyük qələbəni siyasi müstəviyə də daşıya bildi.  44 günlük  “Vətən Müharibəsi ”Azərbaycan tarixinə  ən şanlı səhifə kimi yazıldı.

 

Könül Əfəndiyeva  – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki