image-1backend

Azərbaycan Ordusunun 1918-ci ildən bu günə qədər olan hərbi formaları nümayiş olunub.

image-reklam_sirab_01

Formalar Bakı Ekspo Mərkəzində ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təqdim edilib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Vətəninfo.az Trend-ə istinadən xəbər verir ki, 1918-ci ildən bu günə qədər olan hərbi formaların görüntülərini təqdim edir:

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki