image-3backend

Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri görüşəcək

image-reklam_sirab_01

Hazırda türk dövlətləri arasında bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri inkişaf edir. Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresində Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.
Akademik qeyd edib ki, tibbin kardiologiya və onkologiya sahələrini birləşdirən bir çox səbəb var: “Onkoloji xəstəliklər, adətən, yaşlı nəslin problemidir. Onkoloqlar onları müalicə etdiyi zaman ürək-damar patologiyası ilə bağlı kardioloqlara müraciət edirlər.

Düşünürəm ki, konqresdə yüksək texnologiyaların bu sahədə tətbiqi ilə müalicə və müayinə üsulları və aktual problemlər barədə geniş müzakirələr aparılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki