image-photo-2022-07-20-19-16-18-1backend

18 iyul bəyanatı

image-reklam_sirab_01

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.Prezidentin çıxışından da məlum olur ki, geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirəmiz baş tutub.Müzakirədə bu gün gündəliyimizdə dayanan bütün məsələlər əhatə olunub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki,bu da çox böyük bir nailiyyətdir.Daha sonra Prezident imzalanan Memoranduma da toxunub.İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.Çıxışının sonunda isə İlham Əliyev Avropa Komissiyasınıb Prezidenti xanım Ursula Fon der Lyayenə təşəkkürünü bildirib və Bakıda xoş səfərlər arzulayıb.
Daha sonra Avropa Komissiyasının Prezidenti bəyanatla çıxış edib.Əvvəlcə cənab Prezidentimiza Avropa İttifaqını qətiyyətlə dəstəklədiyinə görə minnətdarlığını bildirib. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və Azərbaycanı onların sırasında hesab etməkdən məmnun olduğunu qeyd edib.Daha sonra Anlaşma Memorandumunun üç məqamını vurğulayıb:” Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur”.
Onu da qeyd edək ki, hazırda yeni ikitərəfli saziş üzərində çalışılır və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir. Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.Ümumiyyətlə, Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir.Çıxışının sonunda xanım Ursula Fon der Lyayen cənab Prezidentə birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkürünü bildirib.

Mədinə Xubaliyeva-YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki