image-lopez-mansetbackend

20 ildən sonra xoşbəxtlik! Cennifer Lopez və Ben Afflek evlənib

image-reklam_sirab_01

Dünyaca məşhur müğənni Cennifer Lopez və aktrisa sevgilisi Ben Afflekdən şad xəbər gəlib.

Bir vaxtlar maqazin dünyasının ən məşhur cütlüklərindən biri kimi göstərilən müğənni Cennifer Lopez (52) və aktyor Ben Afflek (49) 20 il əvvəl sürpriz şəkildə ayrılıblar. İllər sonra yenidən bir araya gələn və ikinci baharını yaşayan ikili sevgilərini nikah masasına daşıyıblar.

image-lopez-1jpg

Cennifer Lopez və Ben Afflek Las-Veqasda evləniblər. Məşhur müğənni Lopez pərəstişkarlarına elektron poçt və bloq yazısında Affleklə evləndiyini təsdiqləyib.

Lopez İnstaqramdan fotosu ilə elan etdiyi evliliyi ilə bağlı sözləri “Biz bacardıq. Sevgi gözəldir. Sevgi çox zərifdir. Və belə çıxır ki, sevgi səbirlidir. 20 ildir” sözlərini yazıb.

image-lopez-2jpg

Lopez onların toyu haqqında yazıb:

“Bu, tam olaraq istədiyimiz şey idi. Biz gecələr Veqasa uçduq, evlilik lisenziyası üçün digər cütlüklərlə sıraya düzüldük, dünyanın toy paytaxtında hamı ilə eyni səyahəti etdik. Təsəvvür edə biləcəyiniz ən yaxşı şahidlərlə kiçik bir qız köhnə filmdən bir paltar və Benin şkafından bir pencək ilə. Biz kilsədə and içdik, həyatımızın sonuna qədər taxacağımız üzüklərimizi bir-birimizə verdik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki