image-kamalbackend

2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi – Kamaləddin Qafarov

image-reklam_sirab_01

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin rəmzi olmaqla, xalqımızın qan yaddaşına əbədi həkk olundu. Bu parad əvvəlkilərdən çox fərqli idi. Çünki bu parad artıq torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini dəmir yumruqla qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu paradda 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndəm qənimət götürdüyü hərbi texnikalar da nümayiş etdirildi. Ermənistanın 30 ilə yaxın müddət ərzində qurub-möhkəmləndirdiyi istehkamlar, müdafiə zolaqları, işğal etdiyi ərazilərdə cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək yararsız metal parçasına çevrildilər. Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Zəfər paradı həm də Azərbaycan-Türkiyə ittifaqının getdukcə daha da gücləndiyini bütün dünyaya nümayiş etdirmiş oldu: “Zəfər paradından iki il əvvəl də Azadlıq meydanında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən hərbi parad keçirilmiş və həmin paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Məhz həmin paradda Prezident İlham Əliyev tezliklə Azərbaycanın işağl altında olan torpaqlarını azad edəcəyi ilə bağlı ciddi mesajlar vermişdi.

Ali Baş Komandan bu vədini cəmi iki il sonra yerinə yetirdi. Azərbaycanın tarixi Qələbəsinin şərəfinə keçirilən bu Zəfər paradında da Türkiyə və Azərbaycan przidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürüdür.”

Millət vəkilinin fikrincə, Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından Hərbi Qənimətlər Parkı da xüsusi əhəmiyyət kəsb edir: “Bir vaxtlar mifləşdirilmiş “məğlubedilməz erməni ordusu”nun qalıqları bu gün bütün dünyaya möhtərəm Prezidentimizin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sözsüz ki, Hərbi Qənimətlər Parkı istər Azərbaycanın qazandığı tarixi Zəfərin önəmi, istərsə də əsl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya sayəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi bütün müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmən əsgərləri mövqelərini qoyub qaçmağa məcbur oldular. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar Şanlı Azərbaycan Ordusunun ələ keçirdiyi qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə də nümayiş etdirilmişdi.

Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Möhtərəm Prezidentimizin dediyi kimi, bundan sonra Hərbi Qənimətlər Parkına gələn hər bir insan – həm Azərbaycan vətəndaşları, həm də ölkəmizin qonaqları görürlərlər ki, ermənilərin bəd əməlləri cavabsız qalmayıb, onların sərsəm xülyaları darmadağın edilib.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki