Vətəninfo.az xəbər verir ki,Azərbaycanın müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5.3%-ni təşkil edib. Azərbaycanın hərbi büdcəsində əvvəlki illə müqayisədə artım müşahidə edilib. 2020-ci ildə müdafiəyə Azərbaycan 2.2 milyard dollar xərcləyib.
Ermənistan isə qeyd olunan dövrdə müdafiə üçün 600, 8 milyon dollar ayırıb ki, bu da əvvəlki illə müqayisədə azdır. 2020-ci ildə Ermənistan müdafiə xərclərinə 634 milyon dollar ayırmışdı. 2021-ci ildə hərbi xərclər Ermənistan ümumi daxili məhsulunun 4.4%-ni təşkil edib.
Gürcüstanın hərbi xərcləri 287 milyon dollar olub. 2020-ci illə müqayisədə bu rəqəm demək olar ki, dəyişməyib. Gürcüstan ÜDM-nin sadəcə 1.7%-ni müdafiəyə xərcləyib.
Qeyd edək ki, 2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri 2, 113 trilyon dollar olub. Ən böyük hərbi büdcəyə malik ölkələr ABŞ, Çin, Hindistan, Britaniya və Rusiyadır. Dünyanın ümumi hərbi xərclərinin 62%-i bu ölkələrin payına düşür. Artıq 7 ildir ardıcıl olaraq dünyada hərbi xərclər artır.


























