image-hemkarlarbackend

2022-ci ildə 578 nəfər həmkarlar ittifaqı üzvü kurslara cəlb olunacaq

image-reklam_sirab_01

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsin Vətəninfo.az-a verilən məlumatda deyilir ki, 2021-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları kadr və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirib,  həmkarlar ittifaqı kurslarında  onların təhsilini təşkil edib.

Akademiyanın kurslarında 2021-2022-ci illər üçün təsdiq edilmiş təhsil planına əsasən, həmkarlar ittifaqlarının 830 nəfər kadr və fəalının təhsilə cəlb olunması nəzərdə tutulub.

2021-ci ilin sentyabr-noyabr aylarında həmkarlar ittifaqı  kadr  və fəalları üçün təhsil  planına uyğun olaraq, həmkarlar ittifaqlarının bütün sahələrindən olan işçilərin hüquq və mənafelərinin müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığı, iqtisadiyyat və qlobal tendensiyalar, insan potensialının inkişafı mövzuları üzrə silsilə kurslar təşkil edib. Ümumilikdə 2021-ci ilin sentyabr-noyabr ayları ərzində 254 nəfər təhsilə cəlb edilib.

Pandemiya ilə əlaqədar olaraq 2021-2022-ci illər üçün həmkarlar ittifaqı kadr və fəallarının təhsil  planı (830 nəfər) mərhələlərlə onlayn formatda həyata keçirilir. Belə ki, 578 nəfərin  2022-ci ildə təhsilə cəlb olunması planlaşdırılır.

Akademiyada cari ilin  təhsil planına uyğun olaraq, iyun ayına kimi həmkarlar ittifaqı kadrlarının hazırlığına başlanacaq, sentyabr-dekabr aylarında isə 1 günlük 112 nəfər, 2 günlük 97 nəfər, 3 günlük 117 nəfər (2022-ci ilin mart-iyun aylarında cəmi -326 nəfər) seminarlara cəlb olunacaq.

2022-ci ilin sentyabr-dekabr aylarında əsasən yeni seçilmiş həmkarlar ittifaqı komitələrinin sədrləri, tələbə həmkarlar ittifaqı komitələri, gənclər şuralarının sədrləri, gender problemləri üzrə komissiya sədrləri, əməyin mühafizəsi  üzrə müfəttişlər, əmək mübahisələrinə baxan komissiya üzvləri və bütün həmkarlar ittifaqlarının bütün sahələrindən olan işçilər üçün kurslar təşkil olunacaq. Bu kurslarda ümumilikdə 254 nəfər iştirak edəcəkdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki