image-fd71a4bb-d749-422e-80af-3d738fe0a03fbackend

2022-ci ilin birinci rübünün yekununa həsr olunmuş İlham Əliyevin giriş nitqi

image-reklam_sirab_01

2022-ci ilin birinci rübünün yekununa həsr olunmuş İlham Əliyevin giriş nitqi

İlham Əliyev öz nitqində bəyan etdiyi kimi, ilin üç ayı arxada qaldı. Biz eyni zamanda, ilin sonuna qədər planlar haqqında danışacağıq. Biz bu üç ayın yekunlarını kecən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik. 2021-ci il ölkəmiz üçün çox əlamətdar bir il olmuşdur. Bu demək olarki, müharibədən sonra birinci il olmuşdur. Əlbəttəki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur.

Bizim əsas məqsədimiz keçən il həmdə bu il azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək və eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və həri iki istiqamət üzrə nəticələr göz qabağındadır. Post münaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verirki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz öz tərəfimizdən beynəlxalq təşkilatları yeni reallıqları qəbul etdirmişik.

İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əfsuslar olsunki, bu qətnamələr 30 il müddətində kağız üzərində həll olunmamış olaraq qalmışdır.  Ancaq Qarabağ məsələsinin Azərbaycan tərəfindən həlli eyni zamanda BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəmki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyilki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur. Digər aparıcı təşkilatlardan biridə Qoşulmama hərəkatı idi. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyimiz kimi bütün üzv dövlətlərinin razılığı və dəstəyilə bizim sədrliyimiz bir il daha da uzadılmışdır.

YAP-ın üzvü

Abbasova Pərvanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki