image-seferov-eliqismetbackend

25 oktyabr 2020-ci ildə öz azadlığına qovuşan Qaçaq Nəbi diyarı, qəhrəmanlar məskəni olan gözəl Qubadlımız!

image-reklam_sirab_01

Tarix boyu başı bəlalar çəkən, dəfələrlə yadellilər tərəfindən hücumlara məruz qalan Azərbaycan torpaqları XXI əsrdə də işğaldan kənarda qalmamışdır. Mənfur qonşularımız Qarabağımızı 30 ilə yaxın bir müddətdə onlara dəstək olan ölkələrin köməyi ilə əsarətdə saxlamışlar. Düşmən bildirdi ki, onlar üçüün bu şirin yuxu nə vaxtsa bitəcək. İllərlə öz doğmalarını həsrətlə gözləyən Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı və digər bölgələrimiz artıq əsarət zəncirini qırmaq ərəfəsində idi. Xalqımız “Ya Qarabağ, ya ölüm!”şüarını çoxdan devizə çevirmişdir. Şanlı ordumuz da Ali Baş Komandanımızın “hücum” əmrini səbirsizliklə gözləyirdi.

Nəhayət o gün gəlib çatdı. Doğma torpaqlarımız ordumuzun gücü, xalqımızın birliyi və Ali Baş Komandamızın apardığı uğurlu siyasət nəticəsində düşmən əsarətindən azad oldu.

25 oktyabr 2020-ci ildə öz azadlığına qovuşan Qaçaq Nəbi diyarı, qəhrəmanlar məskəni olan gözəl Qubadlımız şanlı ordumuzu qürur hissi ilə qarşıladı. Qarabağın digər bölgələri kimi əvvəlki hüsnündən əsər-əlamət qalmayan bu əsrarəngiz diyar yenidən gözəlləşmək üçün öz doğma sakinlərini gözləyir. Düşmən tərəfindən təbii sərvətləri daşınan, məhv edilən Qubadılının əlverişli coğrafi mövqeyi və təbiəti var. Faydalı qazıntı ehtiyatlarını da saydıqca bitməz. Hacılı kəndində yerləşən mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluaşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində əhəng daşı yataqları, Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Eyvazlı kəndində əqiq yatağı və s. mövcuddur. Bu sərvətlər sonsuza qədər düşmən ixtiyarında qala bilməzdi.

Düşmənin hərbi istehkamının və hərbi bazasının yerləşdirildiyi Qubadlı rayonu bir neçə gün ərzində ölüm-dirim savaşı ilə düşməndən azad edildi. Öz canını düşmən gülləsinə sipər etmiş qəhrəman oğullarımız Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da təsis etdiyi “Qubadlının azad edilməsinə görə” medalı ilə təltif edildilər.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların həll edə bilmədiyi bu münaqişə Ali Baş Komandamızın “dəmir yumruq”əməliyyatı ilə 44 gün içərisində öz həllini tapdı. Nəinki, Qubadlı hətta bütün işğal altında olan bölgələrimiz öz köksündə Azərbaycan bayrağını ucaltdı. Biz yenə də fəxrlə deyirik: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Suraxanı rayonu, 318 nömrəli

tam orta məktəbin direktoru Səfərov Əliqismət


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki