image-photo-2022-06-24-09-49-26backend

26 Iyun Silahlı Qüvvələr Günü

image-reklam_sirab_01

Hər bir müstəqil dövlətin ən vacib məsələlərindən biri də onun ordusunun olmasıdır. Çünki ordu dövlətin onurğa sutunudur.Mən ordunu dövlətin qoruyucu mələyi adlandırardım.Çünki dövlətimizin ərazi bütövlüyünü qoruyan hər bir qarış torpağı yadelli düşmənlərdən təmizləyən, onu göz bəbəyi kimi əzizləyən məhz ordudur.İndi isə Müstəqil Azərbaycan Ordusunun yaradılması dövrünə nəzər salaq.

1918 ci il Azərbaycan Xalq Cümhurriyəti yarandığı vaxt onu yalnız Osmanlı dövlətinin göndərdiyi Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu müdafiyə edirdi.Tiflis şəhərindən Gəncəyə köçən AXC-nin II hökümətinin qarşısında duran vacib məsələlərdən biri Azərbaycan ərazisində öz hakimiyyətini yaymaq və Bakını erməni daşnakları, rus bolşeviklərindən təmizləmək idi.Bunun üçün vacib məsələ milli Ordumuzun yaradılması idi.26 iyun 1918 ci il AXC-nin qərarına əsasən Milli Ordunun yaradılması haqqında qərar verildi və Əlahiddə Azərbaycan Ordusu yaradıldı ki, bu orduya dekabr ayından başlayaraq məşhur generallar Səmədağa Mehmandarov,Əliağa Şıxlinski, qərargah rəisi Sulkevik rəhbərlik etməyə başladılar.

Qısa müddət ərzində 40 minlik ordu yaradıldı ki, onun 10 mini suvari, 30 minlik piyada ordu idi. Bu dövrə qədər Azərbaycanın heç vaxt hərbi donanması olmamışdı.1919 cu ilin yayında isə ilk dəfə olaraq Xəzər dənizində hərbi donanma yaradıldı.Çox təəsüf ki, cəmi 23 ay yaşayan AXC süqut etdi, Azərbayacan bolşevik qüvvələri tərəfindən işğal olundu və imperiya qanunları əsasında idarə olundu.Sovet dövlətinin tərkibində müstəqil ordumuzun da fəaliyyəti sona çatdı.Sovet imperiyasının yalnız bir məqsədi var idi.İmperiyaya sədaqətli kadrların hazırlanması.

Lakin 1969 cu ildə hakimiyyətə gələn H.Əliyev uzaq- görən bir xadim kimi onu yaxşı başa düşürdü ki bu imperiya gec-tez süqut edəcək. Ona görə də vacib məsələlərdən biri dövlətinə xidmət edən əsl milli kadrların hazırlanması idi və 1971 ci ildə C.Naxcıvanski adına hərbi məktəbin açılması ən sevindirici addım idi.Çünki bu hərbi məktəbi bitirən müdavimlər milli ruhda təhsil alırdılar.Hərb sahəsində ilk qaranquş olan məktəbin açılması Azərbaycanda hərb sənətinə marağı daha da artırdı.Hansı ki əsrlər boyu çar hökümətinin bir məqsədi var azərbaycanlıları ordudan uzaqlaşdırmaqla onlarda hərbiyə qarşı bir xof yaratmaq istəyirdilər.Lakin Bakıda ilk məktəbin açılması burada savadlı zabit kadrlarının hazırlanması ilk hərbi bazanın yaradılmasına gətirib çıxardı.Elə bu məktəbin bazası əsasında Ali Hərbi Akademiya,Ali Hərbi Dənizçilik Akademiyası fəaliyyətə başladı.

1990 ci illərdə Azərbaycan özünü müstəmləkə əsarətindən qurtarmağa çalışanda Rusiya hökuməti özünün ənənəvi üsullarından istifadə etdi.Erməni kartından istifadə edərək torpaqlarımızı işğala məruz qoydu.Yenicə imperiya zəncirindən qopan və müstəqillik yoluna qədəm qoyan Azərbaycanın nə ordusu, nə də bir hərbi qüvvəsi var idi. Bundan istifadə edən erməni orduları Azərbaycan torpaqlarının 20% ni işğal etdilər. Belə bir çətin vaxtda ulu öndər, görkəmli ictimai xadim H.Əliyev hakimiyyətə gəldi.Hər bir hadisəni diqətlə izləyən ulu öndər yaxşı başa düşürdü ki, ordusu olmayan, hər bir yerində xaos və özbaşınalığın hökm sürdüyü dövlətin müharibə aparmağının heç bir əhəmiyyəti yoxdur. Ona görə də 1994 cü il mayın 8-də  atəşkəs elan edildi. Burda məqsəd nə idi? Dağılmış qüvvələri  bərpa etmək nizami ordu yaratmaq ordunu vahid komandanlıq altında idarə etməklə bərabər, yeni müasir silahlarla təmin etmək . Bu da qısa müddət ərzində özünü göstərdi.Güclü,hərbi intizama malik ordumuz yaradıldı ki bu ordu nəinki öz ərazilərini müdafiə etməklə bərabər ,sülhməramlı orduların tərkibində İraqda,Əfqanıstansa,Kosovada hərbi əməliyyatlarada iştirak etməklə özünün NATO standartlarına uyğun bir ordu olmasını bir daha sübut etdirdi. Bu da H.Əliyevin Azərbaycan ordusuna göstərdiyi qayğıdan xəbər veriridi.Hələ 1999 cu uildə Hərbi Akademiyanın  yaradılması, ordunun maddi texniki bazasının yüksəldilməsi Azərbaycan üçün əsl peşəkar ,savadlı kardırların yetişdirməsindən xəbər verirdi.

Xüsus ilə 1990 cı illərdən başlayaraq NATO ilə sıx əməktaşlıq və onun standartlarına uyğun ordunun yaradılması prosesleri  gücləndirildi.Ali Hərbi Dənizçilik məktəbi,Ali Hərbi Təyyarə məktəbi fəaliyyətə başladı ki,burda yetişdirilən hərbi zabitlər və digər hərbi kadrlar dünyanın ən güclü hərbi kadrları səviyyəsinə yüksəltdi.

Ulu öndərimizin yolunu davam etdirən prizdentimiz Ali Baş Komandanımız İ.Əliyev atasının yolunu davam etdirərək birinci dərəcəli vəzifə kimi torpaqlarımızın azad edilməsi oldu.Bunun üçün illərlə ordumuzun yeni silahlarla təmin olunmasına hərbi kontingentimizin başqa ölkələrdə hərbi təlim keçməsi üçün əlindən gələni əsirgəmədi.Ələlxusus da Türkiyə dövləti ilə hərbi əməkdaşlıq ordumuzun güclənməsinə və dünyanın 50 ölkəsinin ordusu arasında yer tutmasına gətirib çıxardı.Dünyanın inkişaf etmiş ölkələrindən yeni növ silahların alınması ordu gücümüzü bir daha da artırdı.Hər bir yeni texnika ilə silahlanan, eyni zamanda, Azərbaycanın özünün  istehsal etdiyi silahlardan istifadə edən qüvvələrin ilk uğurlarını Aprel döyüşləri zamanı əldə etdilər.Cocuqmərcanlı azad edildi Talış və Lələtəpə üzərində Azərbaycanın ücrəngli bayrağının dalğalanması ən qururverici hadisə oldu.Nəhayət ki, xalqımızın çoxdan gözlədiyi an gəlib çatdı.Erməni işğalçılarının yenidən hucumları Ali Baş Komandanımızın hucum əmri Azərbaycan Ordusunun hərəkətə keçməsinə gətirib çıxardı.44 günlük müharibə dünyanın hərb tarixinə yenilik gətirdi.Pualardan istifadə,Xüsusi Təyinatlı Ordularımızın göstərdiyi şucahət, ordumuzun əliyalın dırnaqları ilə Şuşa qalasının azad edilməsi sanki fantastik filimlərdə göstərilən epizodları xatırlatdı.44 gün ərzində müzəffər ordumuz və Ali Baş Komandanımızın səyi nəticəsində torpaqlarımız azad olundu və erməni bayraqları şanlı Ordumuzun ayaqları altında tapdandı.Ağdam,Fizuli,Kəlbəcər,Qubadlı,Laçın,Cəbrayıl ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində azad edildi.Və yeni bir “Zəfər tarixinin” əsasını qoydu.

 

Nəsimi rayonu 164 nömrəli tam orta məktəb

Cəfərova Ofelya

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki