image-reklam-veteninfo
image-qqq2backend

30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı Bakıda təsirli aksiya keçirilib

image-reklam-veteninfo

Tarixin yaddaşından silinməyən ağrılar, illərlə yolu gözlənilən doğmalar və qəlblərdə yaşayan ümidlər… Hər il avqustun 30-u bütün dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur. Bu əlamətdar günlə əlaqədar olaraq “Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi paytaxt Bakıda çox təsirli və əhəmiyyətli aksiya təşkil edib.

Vətəninfo.az xəbər verir ki, aksiya zamanı paytaxt sakinləri və şəhərin qonaqları ilə yaxından ünsiyyət qurulub. İctimai Birliyin nümayəndələri vətəndaşlara bu günün mahiyyətini, onun beynəlxalq miqyasda daşıdığı dərin hüquqi və mənəvi yükü ətraflı şəkildə izah ediblər. Sakinlərə itkin düşmüş şəxslərin taleyinə cəmiyyət olaraq hər zaman həssas yanaşmağın vacibliyi bir daha Xatırladılıb.

image-qqq3

Xüsusi olaraq vurğulanıb ki, təxminən 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə bir çox günahsız insan itkin düşüb. Aksiya iştirakçılarına bu ağır faciə, o cümlədən həmin soydaşlarımızın taleyi barədə ətraflı məlumatlandırıcı söhbətlər aparılıb.
Bu cür aksiyalar bir daha sübut edir ki, heç kim və heç nə unudulmur. Tariximizin bu ağrılı səhifələrini gənc nəslə çatdırmaq, cəmiyyətin diqqətini bu milli məsələyə yönəltmək hər bir vətəndaşın mənəvi borcudur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki