image-1618224195_11111backend

30 il ərzində ermənlərin baş tutduğu əməllər hərkəsə məlumdur

image-reklam_sirab_01

Aprelin 13-ü prezident İlham Əliyev ADA universitetində keçirilən “münaqişədən sonra əməkdaşlıq və inkişaf “adlı konfransında iştirak edib. Çıxışının əvvəlində cənab prezident Azərbaycan ordusunun qazandığı tarixi qələbədən bəhs edib. Bu qələbənin bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi haqda danışıb. Prezident bildirib ki, atəşkəsə əməl olunsa da Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən hər kəsin xəbəri var. 30 il ərzində torpaqlarımız erməni təcavüzünə məruz qalmış günahsız qurbanlar amansızca qətlə yetirilmiş torpaqlarımız yerlə-yeksan edilmişdir. Azərbaycan xalqı heç vaxt bu qanlı yaddaşı, unutmayacaq biz Xocalı qurbanlarını unutmayacağıq. Lakin indi artıq gələcəyə baxmaq lazımdır. 30 il ərzində ermənlərin baş tutduğu əməllər hərkəsə məlumdur. Onlar torpaqlarımızdan bizim soydaşlarımızın izlərini tamamən silmək istəyirdilər lakin bu alınmadı. Bizim tarixi, dini-mədəni abidələrimizi dağıdıblar, torpaqlarımızı özününküləşdiriblər, ama Azərbaycan əsgəri ikinci Qarabağ müharibəsində sübut etdi ki, bu torpaqlar bizim əzəli torpağımızdır və bizədə qayıtdı. 30 illik bir müddət ərzində Azərbaycan xalqı öz doğma torpaqlarından uzaq düşdülər və bu bizim xalqımız üçün təhqir idi ki, onlar bizim torpaqlarımıza hakimlik edirdi. Daha sonra digər iştirakçılara suallar ünvanlamaq üçün Hikmət Hacıyev söz verdi. ABŞ-ın Atlantika şurasının elmi işçisi Metyu Brayza’ya söz verilib. Cənab prezidentə ünvanladığı sualda bildirib ki, yaxın zamanda iki tərəf arasında barışıq mümkündürmü? 30 il ərzində çoxsaylı danışıqlar aparılıb lakin qarşı tərəf bunlara laqeyd yanaşıb və danışıqlar görməzdən gəlib. ATƏT-in Minsk qrupunun qəbul etdiyi qərarlara əsasən müharibəni sadəcə sülh yolu ilə həll olunacağını bildirirdi amma biz bilirdik ki, biz müharibəni hərbi yolla da həll edə bilərik. Müharibə zamanı Azərbaycan ordusu sadəcə hərbi müstəvidə gücünü göstərdi. Qarşı tərəf isə mülki əhalinidə hədəf tuturdu terror aktları keçirərək 90-dan çox mülki əhalinin həyatına son qoymuşdur. Ermənilər tərəfindən isə yalnız 40 nəfər həlak olmuşdur onlarda erməni tərəfdən müharibəyə cəlb olunan insanlar idi. Müharibədən sonra elə bir fikir yarandı ki, sanki Azərbaycan ermənistan və Qarabağı işğal edib. Bu fikrin dəyişməsi üçün zaman tələb olunacaq. Biz öz humanist siyasətimizlə fərqlənirik. Müharibə zamanı əsir düşmüş erməniləri ermənistana təhvil verdik, onlardan bəzilərini qəbul etmədilər. Biz Rusiya sülhməramlıları ilə axtarış əməlləri keçirdik. Maykl Reynoldz’un ünvanladığı: «Regionda iki xalqın arasında sülh mümkündürmü?» sualına prezidentin cavabı seni «Düşünürəm ki bu mümkün ola bilər. Azərbaycan tərəfindən atılan addımlar barışıq üçündür, lakin qarşı tərəfdən barışıq istəyən insanları isə xalq düşməni adlandırırlar.» İtalyanın kiçik elmi işçisi sualında yenidənqurmadan bəhs edib İtaliya-Azərbaycan əlaqələri haqqında danışıb. Prezident cavabında «Hazırda torpaqlarda bərpa işləri görülür və regionda sülhün bərqərar olunması üçün Azərbaycan tərəfi əlindən gələni edir və eyni addımı qarşı tərəfdən də gözləyir.» Regionda infrastruktur layihələri icra olunur İlham Əliyev onu da bildirib ki, yenidənqurma prosesində biz bizimlə dostluq əlaqəsində olan ölkələrdən bu prosesdə iştirak etmələrini gözləyirik, yenidənqurma işləri üçün mədəni, tarixi abidələrimizi bərpa etmək üçün bizə dəstək lazımdır. Azərbaycan höküməti bunun qarşılığını hər zaman verməyə hazırdır. Prezident ilham əliyev 17 il ərzində Azərbaycanın ərazi bütövlüyünün qorunmasından danışıb. «Bu illər ərzində mənə qarşı çevrilişlər tərtib etmək istədilər, təhqirlər yağdırdılar lakin xalq kor deyildi onlar hər şeyi görürdü.» İndi hər kəs kimin kim olduğunu bilir. Torpaqlarımızda bərpa işləri aparılır, orada yaşamaq üçün hələ ki, lazımi şəraitlər yoxdur amma biz torpaqlarımızı bərpa edəcəyik və bizim xalqımız öz əzəli torpaqlarına geri dönəcək. Ən böyük problemlərdən biri də minalardır. Minaların təmizlənməsi çox vaxt tələb edir, onlar bizə binaların yerləşdiyi xəritəni vermir. Bərpa işləri sürətlə davam edir. Biz istəyirik ki xalqımız torpaqlarını geri dönsün amma bu hələ ki, mümkün deyil. Nəqliyyat inşa edilir, rayonlarımız arasında yollar çəkilir. Konfransın sonunda Pakistan Qlobal və Strateji araşdırmalar mərkəzinin icraçı direktoru, Xalid Teymur Əkrəm bütün Pakistan adından İlham Əliyevə təşəkkürünü bildirib alqış istəyib və xatirə şəkli çəkilib.

Əlizadə Zeynəb Kamran qızı
Nəsimi rayon gənci

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki