image-p-1backend

30 illik danışıqlar prosesi ərzində Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir.

image-reklam_sirab_01

Azərbaycan hər zaman danışıqlarda ədalətli, sülhsevər ölkə kimi çıxış edərək haqlı olduğunu sübut etmişdir. Bu danışıqlar zamanı prezidentimiz hazırcavablılığı və dünyagörüşü ilə digər ölkə başçılarından çox fərqlənirdi. Düşünürəm ki, ölkə başçısının nəinki öz tarixini, bütün dünyanın tarixinə bələd olması vacibdir. Bu barədə ölkəmiz çox şanslıdır.

İlham Əliyevin dediyi kimi, “30 illik danışıqların heç bir faydası yox idi. Emənistanın məqsədi bu danışıqları uzadaraq müharibədən qaçmaq idi.” Maraqlıdır, həm sülh, həm də müharibə istəməyən bu kiçik ölkənin məqsədi nə idi? 44 günlük müharibə zamanı  Ermənistan bu danışıqlarda yalançı ölkə olduğunu bir daha sübut etdi. Düz 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan bu razılığı digər ölkələrin təşəbbüsü ilə pozmuşdur.

Dini ayrı-seçkilik edən BMT Qarabağın Azərbaycana aid olduğunu təsdiq etsə də, problemin sülh yolu ilə həll olunması üçün heç bir təşəbbüs göstərmədi. Ermənistanın mülki əhaliyə qarşı etdiyi vəhşilik barədə danışmadılar. Gəncə terrorunda nəfəsinə son qoyulan körpələri, övladlarının ətrinə doymayan ata-anaları, yuxudan duran zaman valideynlərini axtaran uşaqların fəryadını görməzdən gəldi!

Danışıqlarda iki sözü bir araya gətirə bilməyən, qondarma ölkəsinin nazik tarix kitabı ilə qürurlanan Nikol Paşinyan dəfələrlə İlham Əliyevin sualları qarşısında aciz qalaraq başqa mövzulardan danışmışdır. Bu yetəri qədər bəlli edir ki, Azərbaycan haqlı və ədalətli tərəfdir.

Keçən il bu günlərdə İlham Əliyev Müzəffər Azərbaycan ordusunun şanlı qələbələrini bizə xəbər verirdi . Və biz bu gün artıq doğma torpaqlarımıza qayıtmışıq. 30 illik danışıqlar zamanı Azərbaycan qarşı tərəfi sülhə, qan tökməməyə çağırsa da, qarşı tərəf bu çağırışa məhəl qoymamışdır. Bunun nəticəsi isə onlara baha başa gəldi, Azərbaycan doğma torpaqlarına “Dəmir yumruq” sayəsində qayıtdı! Azərbaycan sübut etdi ki, Qarabağ Azərbaycandır!

Allah hər bir şəhidimizə, terror qurbanı olan vətəndaşlarımızın, körpələrimizin ruhunu şad etsin.

 

Nəsimi Rayon gənci: Nilufər Ocaqlı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki