image-hesenova-aynurbackend

30 illik danışıqlar prosesi ərzində  Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir

image-reklam_sirab_01

 

 

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü fonunda dünyanın müxtəlif dövlətlərinin aparıcı televiziyaları və media orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə almaqdadırlar. İspaniyanın tanınmış EFE informasiya agentliyi bölgədə baş verənlərlə bağlı Azərbaycan prezidenti ilə müsahibə götürmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan əvvəl dünyanın tanınmış media orqanlarına verdiyi müsahibədə olduğu kimi bu dəfə də dövlətimizin maraqlarını və bölgədəki reallıqları dünyanın diqqətinə çatdırıb.

Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə Avropa İttifaqının oynaya biləcəyi rolu şərh edərkən bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının təşəbbüslərini dəstəkləyir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı vəziyyəti geniş müzakirə etdiklərini və fəal şəkildə çalışmaqla bağlı birgə niyyəti ifadə etdiyini də bildirmişdir.

Azərbaycanın qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğumuzu bildirərkən qeyd etmişdir ki, bu yaxınlarda müharibədən sonra ilk dəfə Nyu – Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş baş tutub və həmin görüşdə sərhədlərin delimitasiyası və sülh sazişinə hazırlıq işlərinin başlanmasına Azərbaycanın tərəfdar olduğu vurğulanıb.

Sonda Prezident regiondakı iqtisadi məsələlər və Azərbaycanın oynadığı rola toxunub. O Türkiyə prezidentinin “3+3” regional əməkdaşlıq platformasına toxunaraq, bu mövzuda da Ermənistanın qeyri – konstruktivlik nümayiş etdirdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, “təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik”. Doğrudan da, 44 günlük müharibənin yekunları nəticəsində Azərbaycanın bəyan etdiyi regional iqtisadi əməkdaşlıq hazırda sanksiyalardan, iqtisadi böhrandan əziyyət çəkən qonşularımız üçün münbit təkliflərdir.

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi Həsənova Aynur


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki