image-reklam-veteninfo
image-photo-2022-03-29-14-48-51backend

31 MART – BİR XALQIN FACİƏSİ

image-reklam-veteninfo

Mənfur düşmənlərimiz hər zaman Azərbaycan xalqının günahsız insanlarını vəhşicəsinə, amansızcasına qətlə yetiriblər. Azərbaycan xalqına qarşı faciələr, soyqırımlar törədiblər. Hər bir insan üçün o ağrılı günləri yenidən xatırlamaq, o haqda danışmaq çox çətindir. Amma bizim üçün nə qədər ağır olsada, o tarixləri heç vaxt unutmamalıyıq. Axı onlar bizim qan yaddaşımızdır. Mən indi onların hər biri haqqında qısa məlumat verəcəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər ərazilərdə  Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir. Düşmən xalqın Azərbaycan xalqına qarşı törətdiyi faciələr tək bununla bitmir. Haqqında danışmadığımız daha nə qədər döyüşlər, qırğınlar olmuşdur. Və faciələrin fərqli tarixdə olmasından asılı olmayaraq, Hər birinin qurbanı günahsız Azərbaycan xalqı olmuşdur. Bu faciələrdə oğullarını itirən ana,ata, qardaşlarını itirən bacılar, atasını itirən körpələr, nişanlısını və ya həyat yoldaşını itirən qız- gəlinlər və ən əsası igidin itirən dövlət var. Bununla yanaşı günahsız yerə həyatını itirən yüzlərlə, minlərlə körpələr, qadınlar, qocalar vardır. Bu faciələrdə tək insanları öldürmədilər. Həm də onların arzularını, xəyallarını, ümidlərini öldürdülər.

Qəhrəmanov Qəhrəman İnqilab oğlu

Nəsimi rayon sakini        

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki