33 yaşlı sosial şəbəkə fenomeni və fotomodel Mersedes Morr ləqəbli qız evində ölü tapılıb.
Veteninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İnstaqramda 2,6 milyon izləyicisi olan Morrun ölümü haqda dostları, məşhurlar paylaşım ediblər.
Bildirilib ki, əsl adı Canie Qaqnie olan fotomodel evində qətlə yetirilib. Onunla birlikdə evdə 34 yaşlı Kevin Aleksandr Akkordun da cəsədi aşkarlanıb. O, Morru öldürməkdə şübhəli bilinir. İlkin ehtimala görə Kevin birinci Morru güllələyib, daha sonra özü intihar edib.
Hazırda məsələ ilə bağlı polis araşdırma aparır. Hər iki şəxsin ölüm səbəbi ilə bağlı ətraflı açıqlamanın ekspertiza cavablarından sonra veriləcəyi bildirilib.