Albomları ilə rekord qıran Taylor Svift 36 ildən sonra Maykl Ceksonu “Eras” adlı dünya turu ilə taxtdan salıb.
Vətəninfo.az xəbər verir ki, terror təhlükəsi səbəbiylə Vyana konsertləri ləğv edildikdən sonra “Eras” dünya turnesini Londonda davam etdirən Taylor Svift verdiyi konsertlərlə rekord qırıb.
Şəhərin məşhur Uembli stadionunda təxminən 92 min pərəstişkarın qarşısına çıxan amerikalı müğənni bu yay stadionda ümumilikdə 8 konsert verib. Uemblidəki konsert seriyası ilə Svift 1988-ci ildə “Bad” turu ilə Maykl Ceksonun təyin etdiyi 7 konsert rekordunu geridə qoyub.
Svift bir tur zamanı Uemblidə ən çox konsert verən müğənni kimi musiqi tarixinə düşüb. 34 yaşlı müğənni səhnədə rekordunu qeyd edib.