image-qenirebackend

4 günün 44 gün vurğusu-QƏNİRƏ PAŞAYEVA YAZIR

image-reklam_sirab_01

Beləliklə, 4 günlük “TEKNOFEST Azərbaycan”, iki həftə öncəki “Rizə-Artvin” Hava yolunun açılışnda olduğu kimi, 44 günlük müharibədəki tarixi Zəfərə bir daha vurğu etməyə, yaddaşları təzələməyə imkan yaratdı, həmin Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının hələlik ən son örnəyi olaraq dəyərləndirdi: “44 günlük Vətən Müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir” (R.T.Ərdoğan). ​Və müharibədə olduğu kimi, postmüharibə dönəmində də qardaş Türkiyə Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərərməkdədir. Belə olmazsa, dayanıqlı sülh yaranmaz, qarşılıqlı güvənin və mehriban qonşuluq bağlarının qurulması, tərəqqinin sürətlənməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi alınmayacaqdır. Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi kiməsə qarşı yönəlməyib; yalnız özünü bizə, bizi özünə düşmən sayan, birgəyaşayışdan, mehriban qonşuluqdan nəsibini almamış, terrorçuluğu, separatizmi dövlət siyasəti bilən zehniyyət sahibləri bizim birliyimizdən əndişə duyar. Duysunlar… DÖVLƏTLƏRİMİZ VAR OLSUN!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image