image-179314289_3751604148270853_53537160615834658_nbackend

4 il sonra Türkiyə son nəsil, “Stels” texnologiyalı qırıcı-bombardmançı təyyarə istehsal edən azsaylı dövlətlər arasında yer alacaq

image-reklam_sirab_01

Elçin Alıoğlu-YAZIR

image-20228791_1307238512707441_1069765543162059254_n

 

İlon Mask, Mark Zukerberq, Sergey Brin, Cek Ma…
Dünyada məşhur olan simalardır və hər dəfə onlardan bəhs edəndə – halonki onlardan daim bəhs etməliyik – təəssüflənirik ki, əcəba, bu cür dühalar bizlərdə niyə yox.
Haqlıyıqmı? Təbii.
Amma bizlərin də belə dühaları var.
Onlardan sadəcə, birini tanıyaq.
otoda gördüyünüz gülərüz, üzündən xoş təbəssüm əskik olmayan insan Türkiyənin çağdaş hərbi-sənaye kompleksinin “ata”larından biri, Türkiyənin hərbi aviasiya sənayesinin son illərdəki fenomenal irəliliyişin memarı Temel Kotildir.
61 yaşlı Temel Kotil Miçiqan Universitetinin aviamühəndislik fakultəsin bitirib, elə həmin universitetdə doktoranturanı da başa vurub.
Sonradan Türkiyədə dərs deyib, professura fəaliyyəti və elmi araşdırmalarla məşğul olub, ABŞ-dakı İllinoys Universitetində çalışıb, Nyu-Yorkda işləyib və s.
“Türk Hava Yolları” aviaşirkətinin rəhbəri, Avropa Mülki Aviasiya Agentliyinin sədri olub.
Bəlli, ABŞ Türkiyənin də qatıldığı F-35 layihəsindən Ankaranı kənarlaşdırdı.
“Türk Havacılık ve Uzay Sanayii A.Ş” (TUSAŞ) korporasiyasına baş direktor təyin edilmiş Kotil jurnalistlər bu məsələ ilə bağlı təlaşla suallar verəndə həmişəki kimi, gülümsədi və dedi: “Türkiyənin F-35 layihəsindən kənarlaşdırılması qərarı mənim üçün, sadəcə, informasiyadır, vəssəlam. Əsla narahat deyiləm. Türkiyənin milli qırıcı təyyarəsini hazırlamaqla məşğuluq”.
Fantastik səslənə bilər, amma cəmi 4 il sonra Türkiyə son nəsil, “Stels” texnologiyalı qırıcı-bombardmançı təyyarə istehsal edən azsaylı dövlətlər arasında yer alacaq.
Üstəlik, qırıcının bütün (!) detalları Türkiyədə istehsal ediləcək.
Bundan başqa, “HürKuş” və “HürCet” hərbi təyyarələri maksimum 2 il sonra Türkiyə Hərbi-Hava Qüvvələrinə veriləcək.
Temel Kotilin Türkiyə üçün digər dəyəri onun gənclərə verdiyi önəmdir.
Məhz o, Türkiyənin gənc dühalarını, fitri istedadlı və ambisioz gənclərini axtarır, tapır, TUSAŞ-a dəvət edir, işlə təmin edir və sonra da dünyanın ən məşhur ən nüfuzlu universitetlərinə təhsili davam etdirməyə, doktoranturaya, laboratoriyalara yollayır.
Dəyişməz şərtlə: TUSAŞ-a işə qəbul olunmuş həmin gənclər xaricdə təhsil aldıqları müddətdə ödənişli məzuniyyətdə sayılırlar.
Təhsil başa çatandan sonra o nurlu gənclərin, parlaq beyinlərin TUSAŞ-a qayıtmamaları mümkün deyil.
Qayıtmayan olmayıb hələ.
Məhz bu gülərüz, ensiklopedik biliklə bahəm, fitri istedada və ən əsası, Vətən sevgisinə malik insana olan sayğı, sevgi sayəsində…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image