image-240742_wp0ibo0p9nbackend

“4 uşaqdan sonra 42 yaşımda plastik əməliyyata ehtiyacım yoxdur”

image-reklam_sirab_01

“Çox şükür, ilimizi bir-birindən gözəl layihələrimizlə başladıq. Bir-birinin ardıyca mütəmadi olaraq ayda 1 mahnı çıxardıb, 2 ayda bir klip çəkdirdik. Sonuncu işimizi Ukraynadan olan rejissor həyata keçirdi”.

Veteninfo.az  Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb. Sənətçi yeniliklərindən bəhs edib:

“Bundan sonrakı bir-birindən uğurlu layihələrimizin anonsunu indidən verirəm. Çox yaxında ard-arda çox gözəl layihələrin şahidi olacaqsınız. Bilirəm ki, onları da təkrar etmək istəyənlər olacaq, çünki nümunə olmağı çox sevirəm. Çox şükür artıq uzun zamandır formadayam. 4 uşaqdan sonra 42 yaşımda hələ ki, heç bir plastik əməliyyata ehtiyacım yoxdur. Məndə olan bir şey var ki, o məndən başqa heç kəsdə yoxdur: O sizsiz, mənim tamaşaçım. Sizi heç kəsə nə dəyişər,nə də əvəzinizi tapa bilərəm. Mənim tamaşaçım mənim özüm kimidir. Çünki sizi çox sevirəm, Allaha əmanət edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image