image-1backend

“40-a yaxın hazır mahnım var, maraqlanan yoxdur” – Cavanşir Quliyev

image-reklam_sirab_01

“Cibimizdə “İPhone”lər var, amma operamız yoxdur, istəmirik. Buna doğru gedirik. Belə düşünəndə sevirinirəm ki, nə yaxşı mən həyatımı yaşadım. Belə düşüncələrdə gənc olsaydım, gələcək həyatım mənim üçün faciə olardı, asıb öldürərdim özümü”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev “Otaq 9” layihəsində deyib.
C.Quliyev hazırda 40-a yaxın hazır mahnısının olduğunu, lakin telekanalların və ya radioların bununla maraqlanmadığını bildirib:
“Hazırda evdə 30-40-a yaxın hazır mahnım var, oxunmuş. Kimsə maraqlanmır. Keçmişdə belə şey olardı? Mürəkkəbi qurumamış apardılar ki, efirə getsin. Müğənni gəlib oxuyub hazırdır, maraqlanan yoxdur, istəmirlər. Bu, bilirsiniz nəyə bənzəyir. Biri evi yandırır, sonra yanğınsöndürənləri çağırır ki, ev niyə yandı? Özü yandırıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image