image-2backend

44 günlük dastanın 13-cü günü

image-reklam_sirab_01

Hadrut döyüşləri İkinci Qarabağ müharibəsi tarixində xüsusi yer tutur. Həmin gün bütün Azərbaycanın diqqəti həm də Moskvada başlayan Azərbaycan-Rusiya- Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşdə idi.Xalq elə birləşmişdi ki,artıq müharibədən yox müharibənin dayandırılmasından qorxurdu.Bütün Azərbaycan xalqının ürəyi Qarabağda döyünürdü.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə öz sözünü  demişdi: “İndi onların xarici işlər naziri məcbur olub Moskvaya danışıqlara gəlib.Gəlsin, orada desin “Qarabağ Ermənistandır”.Əgər belə bir şey desə,heç bir danışıqlardan söhbət gedə bilməz.Mən də bunu demişəm, heç kim də bizi məcbur edə bilməz!”

Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz elə Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlıları həmin istiqamətdən Şuşaya doğru yolu açıldı.Düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətdə Hadruta yönəlmişdi.Bir neçə günlük ağır artilleriya döyüşlərindən sonra Azərbaycan Ordusu Hadrut yaxınlığındakı yüksəklikləri azad edir.Oktyabrdın 9-da Ali Baş Komandan ilham Əliyev Hadrut qəsəbəsinin və 9 kəndin işğalçılardan azad edildiyini xalqa  elan edir.İlham Əliyev: “Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan zad edilməsi tarixi qələbədir!.”

Hadrut azad olunduqdan sonra Ermənistan höküməti Hadrutu itirdiyini erməni xalqından gizlədir.Ali Baş Komandan xalqa müraciət çıxışında isə belə deyir: “Düşmən panikadadır,düşmən isterikaya qpılıb.Onlar gördülər ki,dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz.Kimdir səndən soruşan verəcəksən ya verməyəcəksən?! gəldik,götürdük vəssalam!Götürəcəyik,nə qədər lazımdır,istəsək,artıqlamasıyla!”. Bu sözlər uzun müddət xalqın dilində dolaşır.Hamı fəxarət hissi ilə bu cümlələri təkrarlayır,Ali Baş Komandanla və Azərbaycan Ordusuyla qürur duyurdu.

Ermənistan Silahlı Qüvvələrinin 2-ci dağatıcı alayının qərargahı dağıdılır.Polkovlik-leytenant Arman Dermenyan və xeyli sayda hərbi qulluçu məhv edilir.Xankəndidə yerləşən Hərbi hissələrin sığınacağına arilleriya atəşi yerilidir.Buradakı hərbiçilər təxliyə edilir,xeyli sayda hərbiçi məhv edilir.Ermənilərin “Qrad” yayılım atəşli reaktiv sistemi məhv edilir.Düşmənin radioelektron mübarizə vasitələri məhv edilir.Ermənilərdən hərbi qənimət kimi götürülmüş 18 tank Ermənistana qarşı döyüşlərdə istifadə edilir.Tanklar Azərbaycan Bayrağının rənglərinə boyadılır.Bu hərbi qənimətlər həm əsgərləri həm xalqı ürəkdən sevindiridi.Basarkeçər rayonunda erməni hərbiçiləri müxtəlif atıcı silahlardan bir-birinə atəş açırlar.Sonra isə Günəşli kəndində parlayış baş verir və yanğın başlayır.Düşmən cəbhədəki uğursuzluğunun ardından,Azərbaycanın mülki vətəndaşlarını hədəf alır.Goranboy,Bərdə,Tərtər,Ağdam rayonlarının əraziləri atəşə tutulur.Lakin bütün bunlar xalqı ruhdan salmır.Xalq öz ordusundan maddi  və mənəvi dəstəyini əsirgəməyərək,bununla da orduya “Bizi düşünməyin,davam edin,irəli!”mesajı verirdi”.Bu Qələbədə Azərbaycan həkimlərinin fədakarlığını da unutmaq olmaz.Gecə-gündüz əsgərlərlə çiyin-çiyinə irəliləməklə dərhal əsgərlərə yardım göstərmiş,minlərlə əsgərin həyatını xilas etmişdilər.Şəhid həkimlərimizlə bu gün bütün Azərbaycan xalqı fəxr edir.Onları böyük ehtiam və hömrətlə anırlar.

Böyük Qələbədən sonra qarşıdakı növbədi hədəf isə Hadrutu əsas turizm məkanlarından birinə çevirməkdir.Arıt Hadrutun baş planı hazırlanıb,avtomobil yolunun təməli qoyulub.Çox yaxın zamandan Hadrut yenidən qurulacaq,tarixi abidələrlə zəngin bu torpaqda tuzim mərkəzləri və otellər fəaliyyət göstərəcək.

 

 

Azərbaycan Dövlət Mədəniyyət Universiteti

Ayşən İbrahim qızı İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki