image-gulselbackend

47 milyon nəfərin heç olmasa yarısının ölməməsi üçün niyə ciddi hazırlıq görülməyib?

image-reklam_sirab_01

“BMT-nin baş katibi Antoniu Quterreş deyir ki, Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər. Əlavə edib ki, müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial-iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb. Burası aydındır, biz də bilirdik”.

Vətəninfo.az xəbər verir ki,bunu siyasi ekspert gülsel Səfərova bildirib.Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücümü prosesi artıq 10 ilə yaxındır başlayıb və davam edir: ” BMT-nin 10 illik strateji planlamasında fövqaladə hallar zamanı risklərin qarşısının alınması hissəsində niyə nəzərə alınmayıb? Axı mənzərə bu qədər aydın olarkən, o 47 milyon nəfərin heç olmasa yarısının ölməməsi üçün niyə ciddi hazırlıq görülməyib? İş orasıdır ki, bu barədə heç BMT-ni sorğulayan da yoxdur. Nəticə olaraq o qənaətdəyəm ki, bütün bunlar qlobal oyun taktikalarıdır. Bu proses artıq çoxdan yazılıb , indi icra olunur. O qədər rahat deyirlər ki, sanki 47 milyon nəfər 47 yarasız əşyadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki