image-afetbackend

“50 min versinlər bunu açıqlayım” – Afət

image-reklam_sirab_01

“Toy yaşım deyil… Məclis oldu, qohumlar arasında. Üç özəl günü qeyd etdim: ad günümü, sənətdə olmağımın 20 ilini və ailə qurmağımın tanıtımı. Toy deyildi. Mənim aləmimdə toy odur ki, gəlinlik geyinəsən, “Vağzalı” çalınsın. Orda hətta tamadalıq etdim”.

Veteninfo.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı “Deməsəm olmaz” proqramında deyib. Sənətçi ailə qurması münasibətiylə məclis keçirdiyini etiraf edib.

Həyat yoldaşı Mamed Nanacanovla bağlı suallara Afət “Reklama ehtiyacım var? Özünü reklam etmək istəyən mənə söz atır. Əgər reklam istəsəydim, geyinib, bəzənib düşərdim metroya. Bu da olardı reklam. Həyat yoldaşım haqda danışmayacam. Bizə baxanların niyyətini bilmirik. Soruşurlar niyə tək şəkil qoyursan? Cavab verirəm ki, 50 min manat ödəsinlər onun haqqında danışım. Qəlbi xain insanlar var. Öz bədbəxtçiliyinin acısını mənə yazmaqla görür. Mən niyə kiməsə elə sözlər yazım? Xoşbəxtəm, yazmaram” cavabını verib.(Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image