image-reklam-veteninfo
image-photo-2022-04-08-21-54-46-1backend

6 aprel Brüssel səfəri: Prezident İlham Əliyev regionu sülhə aparır.

image-reklam-veteninfo

6 aprel 2022-ci il Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. 4 saat yarımdan artıq davam edən konfransda tərəflər Cənubi Qafqazda baş verən sosial-siyasi məsələləri müzakirə ediblər. Görüşdə Prezident Mişel etimadı və dinc yaşayışı təmin etmək məqsədilə hər iki tərəfin humanitar işlərinin əhəmiyyətini vurğuladı. O 10 noyabr 2020-ci il bəyanaməsinin hələ də bəzi məsələlərinin həll olunmadığını qeyd elədi. Hələ də saxlanılmaqda olan şəxslərin azad olunması və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həll olunmadığını qeyd elədi. Həm prezident Mişel həm prezident Əliyev həm də baş nazir Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularını qeyd etdi. Hətta prezident Mişel Cənab İlham Əliyevin Cənubi Qafqazda yürütdüyü diplomatik siyasəti alqışladı. 44 gün davam edən haqq savaşımızdan sonra Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə tapşırdığı işlərin təqdirə layiq olduğunu qeyd elədi. Qarabağda görülən tədbirlər, dəmir yollarının bərpası, infrastruktur layihələrinin həyat keçirilməsi bu yöndə görülən işlərdən biridir. 6 aprel Brüssel samitində Prezident İlham Əliyevin atdığı addımlar yüksək qiymətləndirilir. Həmçinin ATƏT-in amerikalı ekperti Riçard Hoqland da qeyd edib ki, Prezident İlham Əliyevin diplomatik siyasəti Cənubi Qafqaz regionunu sülhə aparır.
Görüşün yekununda atəşin dayandırılması barədə 2020 -ci il noyabr sazişinin müddəalarına əməl olunmasının vacibliyi müzakirə edilib. Hətta tərəflər arasında humanitar məsələlərin həlli ilə bağlı işlərin vacibliyini, ərazilərin minalardan təmizlənməsi üzrə işlərin zəruri olduğu qeyd edilib. Baxmayaraq ki, Ermənistan rəhbərliyi hələ də bu sazişin müddəalarına əməl etmir. İşğaldan azad olunmuş ərazilərimizdə 1 milyondan artıq mina basdırılıb. Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti nəticəsində nə qədər mülkü əhali və hərbiçilərimiz minalanmış ərazilərə düşərək həlak olublar. Təssüfki, Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə vermir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqlarının nəticələri barədə də mətbuata məlumat verilib. Bu görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişafı üçün vacib olan 5 maddəlik təklifi qəbul edib. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan üçün deyil bütün Cənubi Qafqaz regionunun inkişafı naminə əhəmiyyətli rol oynayır.

Abbasova Pərvanə
Nəsimi rayon sakini

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki