image-16281450264203627894_1000x669backend

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib (FOTO)

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlər davam etdirilir.image-1628145026664443898_1000x669
image-16281450262597237421_1000x669
image-16281450263153432139_1000x669
image-16281450263299659019_1000x669
image-16281450263313760465_1000x669
image-1628145026340952178_1000x669
image-16281450263894960481_1000x669
image-16281450264203627894_1000x669
image-16281450264797561629_1000x669
image-16281450265179822595_1000x669
image-16281450266467239315_1000x669

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Veteninfo.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq Sərəncamının icrası məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.

Sonra müdafiə naziri komandanlığın tərkibindəki idarələrin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki