image-3backend

ABBA 40 illik fasilədən sonra ilk albomunu buraxıb

image-reklam_sirab_01

İsveçin ABBA qrupu yeni albomunu buraxıb.

Veteninfo.az-ın məlumatına görə, bu barədə qrupun saytında məlumat verilib.

Məlumata görə, albom “Voyage” adlanır. Alboma 10 mahnı daxildir, ABBA onlardan bəzilərini əvvəllər təqdim edib.

Qrup 2022-ci ilin yazında holoqramdan istifadə edərək alboma dəstək konserti planlaşdırır. Konsert Londonun Olimpiya Parkında xüsusi olaraq tikilmiş arenada keçirilməlidir.

“Voyage” ABBA-nın 40 illik fasilədən sonra çıxan ilk albomudur.

Qeyd edək ki, qrup daha əvvəl 1970-ci illərdə yazılmış “Just A Notion” mahnısını buraxıb. Klip ABBA-nın yutub kanalında yayımlanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki