image-94dbbf63-a5d0-39ea-ab01-638c5aa95165_850backend

ABŞ bu gün Kiyevə yeni hərbi yardım paketini açıqlayacaq

image-reklam_sirab_01

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün (8 sentyabr – Red) Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı koordinasiya etmək üçün yaradılan qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.

O, əlavə edib ki, buraya, xüsusilə, HIMARS reaktiv buraxılış sistemləri üçün əlavə sursatlar daxildir.

“Görüşdə onlarla ölkənin iştirak edəcəyi gözlənilir. Onların əksəriyyəti ya müdafiə naziri, ya da Baş Qərargah rəisi, bəzi hallarda isə hər ikisi səviyyəsində təmsil olunur. Mən gözləyərdim ki, bu görüşdə konkret təkliflərin geniş paketi təqdim olunacaq. Açığı, bu, təkcə Ukraynanın hazırda ehtiyac duyduğu vasitələrin almasını təmin etmək deyil, həm də beynəlxalq ictimaiyyətin orta və uzunmüddətli perspektivdə Ukraynanı dəstəklədiyinə işarədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki