image-b92a7b73-4fc2-3b94-9ce5-136815932f94_850-5backend

ABŞ bu il qlobal neft istehlakı proqnozunu açıqlayıb

image-reklam_sirab_01

2022-ci ildə dünyada neft və maye karbohidrogenlərin istehlakı sutkada 99,43 milyon barel təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə sutkada 2,08 milyon barel çoxdur.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verilir.

Beləliklə, qurum iyul ayında açıqlanan proqnozunu sutkada 170 000 barel azaldıb.

Administrasiya həmçinin 2023-cü il üçün neftə tələbat proqnozunu yenidən nəzərdən keçirib. Qeyd olunub ki, istehlak 2,06 milyon barel artaraq 101,49 milyon barel/gün olacaq.

Bir ay əvvəl 2023-cü ildə göstəricinin sutkada 2 milyon barel artaraq 101,58 milyon barel olacağı proqnozlaşdırılırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki