image-5b10df29-c6ec-32c6-a78e-982af554e9da_850backend

ABŞ-da 200-ə yaxın rusiyalıya qarşı sanksiyalarla bağlı təşəbbüs dəstəklənib

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup qanunvericinin təqdim etdiyi, Vladimir Putinə və Ukraynadakı müharibəyə dəstək verən 200-ə yaxın rusiyalıya sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Bu barədə qanun layihəsinin müəlliflərindən biri, demokrat konqresmen Tom Malinovski bildirib.

Korrupsiya əməlləri haqqında qanun layihəsi Rusiya Federasiyası vətəndaşlarına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Onların arasında iş adamı Roman Abramoviç, RT-nin rəhbəri Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill, Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin, rejissor Nikita Mixalkov da var.

“Bu qanun layihəsi ilə biz açıq şəkildə ikipartiyalı mesaj göndəririk ki, Konqres Ukrayna xalqının və Putinin korrupsiya əməllərinə yol verənlərə qarşı tədbir görməyimizi xahiş edən cəsur rusiyalıların yanındadır”, – T.Malinovski bildirib.

Sənədə əvvəlcə Senatda baxılmalıdır, təsdiqlənərsə, o, ABŞ prezidentinə verilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki