image-f9fcf55d-40f4-3a03-83ed-5f098fafd74a_850backend

ABŞ-da atışma olub, ölən və yaralananlar var

image-reklam_sirab_01

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində Roksboro liseyi yaxınlığında silahlı insident nəticəsində 14 yaşlı oğlan güllə xəsarəti nəticəsində ölüb, daha üç nəfər yaralanıb.

Bu barədə “CBS News” xəbər verib.

Polisin məlumatına görə, naməlum şəxs yaşıl rəngli “Ford Explorer” markalı avtomobildən onlara bir neçə atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Bədəninin sol nahiyəsindən yaralanan 14 yaşlı yeniyetmə sonra xəstəxanada dünyasını dəyişib. Digər 14 yaşlı yeniyetmə oğlan isə sol bud nahiyəsindən güllə yarası alıb. Polis onun vəziyyətinin sabit olduğunu bildirib. Digər 17 yaşlı oğlan sağ qolundan 1, sol ayağından isə 3 güllə yarası alıb. O, Templ Universiteti Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

Dördüncü yaralının vəziyyəti barədə məlumat yoxdur.

Hadisə ilə bağlı hələ heç kim saxlanılmayıb.

Polis baş verənlərin təfərrüatını araşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki