image-c9fa7e2a-0caa-3369-9d86-bccf6cbf6e3b_850backend

ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

image-reklam_sirab_01

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Ştatın qubernatoru Endi Beşir ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib. “Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, – o deyib.

ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki