Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına görə, ABŞ-da dizel yanacağının orta qiyməti son bir ildə təxminən 60% artaraq tarixi maksimum səviyyəyə çatıb – qallon üçün 5,85 dollar.
Vətəninfo.az xəbər verir ki,bir il əvvəl ölkədə bir qallon dizel yanacağının orta qiyməti 3,71 dollar idi. Beləliklə, bir ildə dizelin qiyməti 57,6% və ya bir qallon üçün iki dollardan çox artıb.
Assosiasiyanın məlumatına görə, hazırkı qallon üçün 5,85 dollar, AAA-nın monitorinq tarixində ABŞ-da dizel yanacağının ən yüksək orta qiyməti olub.


























