image-11backend

ABŞ-da ehtiyatlarla bağlı məlumatlar neftin qiymətini sabitləşdirir

image-reklam_sirab_01

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatları haqqında statistik məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti sabitləşib.

Vətəninfo.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,08 faiz bahalaşaraq, 1 bareli 78,73 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə dəyişməyib və 1 bareli 75,98 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən dekabrın 24-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 3,09 milyon barel azalıb. Analitiklər azalmanın 3,233 milyon barel təşkil edəcəyini gözləyirdilər.

ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki