image-c42ca305-c255-3a80-8ac6-c3b5c56be15c_850backend

ABŞ-da milyarderin nəvəsi qaçış zamanı oğurlanıb

image-reklam_sirab_01

ABŞ-ın Memfis şəhərində “Orgill Inc” şirkətinin qurucusu, Cozef Orgillin 34 yaşlı nəvəsi Eliza Fletcer qaçış zamanı oğurlanıb.

bu barədə Fox News məlumat yayıb.

Onun səhər saat yerli vaxtla 4:20 radələrində qaçırıldığı qeyd edilir. O, qara rəngdə yolsuzluq avtomobilinə mindirilərək naməlum istiqamətə aparılıb. Hazırda müstəntiqlər cinayətin təsadüfi və ya planlı olmasını araşdırır.

Kanalın məlumatına görə, polis adam oğurluğu və sübutları saxtalaşdırmaqda ittiham olunan bir şübhəli, 38 yaşlı Kleote Ebstonu saxlayıb. Polis qaçırılan avtomobili də tapıb.

Fletçer ailəsi qadının harada olduğu barədə hər hansı məlumat üçün 50 min dollar vəd edib.

Qadın uşaq bağçasında müəllim işləyir. Eyni zamanda, o, “Orgill Inc” şirkətinin varisidir. Şirkətin illik satışları 3 milyard dollardan çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki