image-karen-donfrid-696x467backend

ABŞ dövlət katibinin köməkçisi Bayramov və Mirzoyanla telefonla danışıb

image-reklam_sirab_01

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefonla danışıb.

Həmsöhbətlər ikitərəfli münasibətlərə dair məsələləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Bayramov “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv təşəbbüslərinin” erməni tərəfdən pozulduğunu bildirib.

O həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda göstərilən öhdəlikləri pozduğunuq qeyd edib. Bu, Laçın yolu ilə Qarabağa minaların aparılması və orada yerləşdirilməsində, qanunsuz iqtisadi fəaliyyətdə, təbii sərvətlərin talan edilməsi, üçüncü ölkələrin vətəndaşlarının qanunsuz keçidində özünü göstərib.

Bayramov erməni sakinlərin “blokadaya alınması” və regionda “humanitar fəlakət” barədə fikirləri əsassız adlandırıb, çünki yol bağlı deyil. Hər gün Qırmızı Xaçın avtomobilləri, Rusiya sülhməramlıları və digər humanitar maşınlar yoldan istifadə edirlər.

Bayramov deyib ki, yolun erməni sakinlər üçün açıq olması və zərurət yarandığında onlara kömək etməyə hazır olması barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, separatçıların liderləri erməni əhalinin yoldan istifadəsinə mane olurlar.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, məlumatda deyilir.

Qeyd edək ki, həmin gün Donfrid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da telefonla danışıb.

Dövlət Departamentinin Twitter hesabında deyilir: “Dövlət katibinin köməkçisi Donfrid Ararat Mirzoyanı və Ceyhun Bayramovu Laçın dəhlizilə malların daşınmasına imkan verən diplomatik həll yolunun təcili axtarışına başlamağa çağırıb. O, nazirləri davamlı sülhə nail olmaq prosesinə yenidən qoşulmağa çağırıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki