image-36backend

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti: “İlham Əliyev mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb”

image-reklam_sirab_01

“Mən Prezident İlham Əliyevə minnətdarlığımı çatdırıram. O, mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb”.

Vətəninfo.az  xəbər verir ki, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Ravvin Mark Şnayer “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyevin yəhudi icmasına, İsrail dövlətinə olan münasibətini təqdir edib: “Ən böyük yəhudi icması məhz Azərbaycandadır”.

“Sülh ya qazanıla bilər, ya da alına bilər. Sülhü şərə qalib gəlməklə də qazanmaq olar. Sülh ləyaqətin ayrılmaz çalarıdır. Sülh üçün ümumi inamımız qayğımızın təcəssümüdür”, – Ravvin Mark Şnayer bildirib.

Bizim Twitter səhifəmizə abunə olun


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki