image-26backend

ABŞ-ın sabiq diplomatı Azərbaycan rəsmiləri ilə keçirdikləri görüşlərin detallarını açıqlayıb

image-reklam_sirab_01

“Azərbaycanın 30 il müstəqillik dövründə tamamilə fərqli dəyişikliklərin şahidi olduq”.

Veteninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini David Merkel VIII Qlobal Bakı Forumunun “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda keçirilən panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda real siyasətə əsaslanan yanaşmalara imza atılır: “Bakı Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi və dünyada terrorçuluğa qarşı mübarizə sahəsində səsini qaldırdı. Azərbaycan və ABŞ siyasətçiləri ilə görüşürdük. Bu zaman amerikalı siyasətçi də deyirdi ki, İranın nüvə silahı təhlükə mənbəyidir. Azərbaycanlı siyasətçi də cavab verdi ki, siz bu fikrinizi İran İslam Respublikasında daha çox qabartmalısınız. Artıq təkrütbəli dünyadan çoxütbəli dünyaya keçirik. Daha çox real siyasətə əsaslanan yanaşmalara imza atırıq. Avropanın vacibliyi daha əvvəl İranla, Rusiya ilə ölçülürdüsə, artıq daha çox Çini buraya əlavə dəyər kimi qatırıq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki