image-elbeybackend

ABŞ ingiliscə, Rusiya rus dilində danışır və hər iki ölkə dünyanı xaraba qoyub – Elbəyi Həsənli

image-reklam_sirab_01

Mühacirətdə yaşayan Günel Mövlud yazır ki, mənim uşaqlarım ingilis, rus və norveç dillərində bülbül kimi ötür. Azərbaycan dilini isə başa düşsələr də, danışmırlar. Elə yaxşı ki, danışmırlar, yoxsa başkəsən olarlar. Dünya mədəniyyətindən uzaq düşərlər. və. s.

Guya ingilis və rus dilində danışan və düşünənlər humanist olurmuş. ABŞ ingiliscə danışır, Rusiya rus dilində. Hər iki ölkə dünyanı xaraba qoyub. Ancaq nə amerikalılar, nə də ruslar öz dillərindən belə gülünc bəhanə ilə imtina etmirlər.

Günel Mövlud bütün varlığı ilə Azərbaycana nifrət edən adamdır. O, erməni rəfiqəsinə rus dilində şer həsr edəndən sonra lap gözümdən düşdü. Ən pisi o idi ki, şer ithaf etdiyi erməni xanım Dağlıq Qarabağa müstəqillik tələb edirdi.

Təəssüf ki, xeyli bu tipdə yazarımız var. Onlar anti-Azərbaycan mövqeyindən çıxış etməklə Qərbdən nəsə qopartmağa çalışırlar. Adam milli kimliyini kimlərinsə ayağı altına atmaqla irəli çıxmaq istəyir.

Bəli, bizim övladlarımız əcnəbi dilləri bilməlidir. Xüsusən ingilis dilini bilmək zamanın tələbidir. Məsələn, mən yaşadığım İsveçrədə çox nadir adam ola bilər ki, ingilis dilini bilməsin. Normada isveçrəlilər 3-4 əcnəbi dil bilirlər. Və bu bilgi onlara böyük üstünlüklər verir.

Ancaq isveçrəlilər öz dillərini və mədəniyyətlərini inkar edərək hansısa əcnəbi dili öyrənmirlər.

Bilirəm, dünya dağılsa da Günel Mövlud anti-Azərbaycan mövqeyindən imtina etməyəcək. Əksinə, getdikcə millətimizin ünvanına daha çox təhqirlər yağdıracaq. Ona görə də bu məsələyə önəm verməmək də olardı. Ən pisi odur ki, onun anti-Azərbaycan xarakterli statusunu yüzlərlə adam like edir. Yəni, adam sənin üzünə tüpürür, sən də üzünün tüpürcəyini silə-silə sənə təhqir edən şəxsə təşəkkür izhar edirsən. Həmin təhqiramiz fikirlərlə həmrəy olduğunu bildirirsən.

Bir vaxt xaqımızı Şeyx Nəsrullahlar barmağına dolayırdı, indi də Günel Mövlud kimi Qərb aşiqləri bizə milli kimliyimizdən dolayı aşağılıq kompleksi aşılamağa çalışır. Və beyni yuyularaq manqurtlaşmış bir paramız da belə bir cəhddə bulanan xanıma “bəh-bəh” deyir.

Son dərəcə rəzil mənzərədir…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image