image-29583835-e85e-3032-bdd4-193d8b7f61d0_850-1backend

ABŞ institutu: “Ukrayna qüvvələri daha bir yaşayış məntəqəsini azad edib”

image-reklam_sirab_01

“Ukrayna qüvvələri Verbivka yaşayış məntəqəsini işğaldan azad edib”.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Məlumatda xatırladılıb ki, sentyabrın 6-da Ukrayna qüvvələri Xarkov vilayətində əks-hücuma keçib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Severski Donets və Serednya Balakliika çaylarının sol sahilinə, şimal tərəfinə geri çəkilib. Bir çox rus mənbələri Ukraynanın Verbivkada qazandığı qələbələri etiraf edib.

Məlumata görə, geolokasiyalı kadrlar Ukrayna ordusununun piyadalarının Verbivkanın şərqində olduğunu təsdiqləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki