image-0e13df10-e776-4f59-8a1d-8055fdb8d64e_850backend

ABŞ Konqresi 200-ə yaxın Rusiya rəsmisinə sanksiya tətbiq edilməsini dəstəkləyib

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatası korrupsiya və insan hüquqlarının pozulmasında əli olan 200-ə yaxın rusiyalı məmur, sahibkar, mədəniyyət xadimi və digər şəxslərə qarşı sanksiya tətbiqinin mümkünlüyü ilə bağlı qanun layihəsini qəbul edib.

Bu barədə konqresmen Tom Malinovskinin mətbuat xidmətinin dərc etdiyi press-relizdə deyilir.

Məlumata görə, Nümayəndələr Palatası ABŞ prezidenti Cozef Bayden administrasiyasını 200-ə yaxın Rusiya rəsmisi və digər aparıcı şəxslərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edən qanun layihəsini qəbul edib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun hazırladığı siyahıda Rusiya rəhbərliyinin və Ukraynada hərbi əməliyyatın keçirilməsinin ən mühüm tərəfdarlarının adları yer alıb.

Qanun layihəsinə hələ ABŞ Senatında baxılmayıb. Əgər təşəbbüs ABŞ qanunverici orqanının yuxarı palatası tərəfindən bəyənilsə, sənəd imzalanması üçün ABŞ Prezidentinə təqdim ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki