image-a779db79-9e74-3114-ae42-41266af6f46f_850backend

ABŞ Polşaya altı “F-22” qırıcıları göndərib

image-reklam_sirab_01

ABŞ Polşanın Lask şəhərindəki aviabazaya altı ədəd beşinci nəsil “F-22” qırıcı-bombardmançı təyyarə verib.

Daha altı “F-22″nin Avropaya göndərilməsi planlaşdırılır.

Məlumatlara görə, onlar Yunanıstanın Krit adasındakı Souda Bay bazasında yerləşdiriləcək.

ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığı bəyan edib ki, döyüş təyyarələri Baltikyanıdan Qara dənizə qədər NATO müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.

Bundan əlavə, hələ fevral ayında ABŞ NATO-nun kollektiv müdafiəsini gücləndirmək üçün Polşaya “F-15 Eagles” qırıcılarından ibarət bir qrup göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki